Beynəlxalq əməkdaşlıq

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi ölkə vətəndaşlarının yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində işini müasir qlobal tendensiyaları və bu sahədə qabaqcıl dünya təcrübəsini nəzərə alaraq təşkil edir. Dünyanın bir çox ölkəsi əhalinin mənzilə və yaşayış şəraitinin yaxşılaşdırılmasına artan tələbatının ödənilməsi, sosial mənzillərin tikintisi sahəsində geniş təcrübəyə malikdir. Ötən müddət ərzində Agentlik Almaniya, Sinqapur, Türkiyə, Rusiya, Braziliya, Meksika, Mərakeş və bir çox digər ölkələrin təcrübəsinin təhlilini aparmış, bəzi xarici tərəfdaşlarla ikitərəfli əməkdaşlıq və təcrübə mübadiləsi məqsədilə əlaqələr qurulmuşdur.

Eyni zamanda Agentliyin fəaliyyətinin effektiv təşkil edilməsi, mənzil tikintisi sahəsində müasir standartların öyrənilməsi və tətbiq edilməsi məqsədilə beynəlxalq təşkilatlarla əməkdaşlıq imkanlarının araşdırılması işinə də başlanılmışdır. Azərbaycanda da bu sistemin davamlı olması, iqtisadi risklərə dözümlü təşkil olunması məqsədilə sosial mənzillərin inşası prosesinin maliyyələşdirilməsi mexanizminin öyrənilməsi üçün artıq bir neçə beynəlxalq maliyyə institutu və iri maliyyə şirkətləri ilə ikitərəfli münasibətlərin qurulmasına start verilmişdir.

Beynəlxalq təcrübənin daha yaxından öyrənilməsi, müvafiq xarici təşkilatlarla və investorlarla əməkdaşlığın qurulması və genişləndirilməsi Agentliyin əsas prioritetlərindən biridir.

 

 

MİDA Cenevrədə keçirilən “Şəhərlər Günü” sərgisində təmsil olunub
MİDA Cenevrədə keçirilən “Şəhərlər Günü” sərgisində təmsil olunub 10/04/2019, 16:08
8-9 aprel 2019-cu il tarixlərində Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (AİK) 68-ci sessiyası çərçivəsində İsveçrənin Cenevrə şəhərində keçirilən “Şəhərlər Günü” adlı sərgidə təmsil olunmuşdur....
Mənzil İnşaatı Dövlət Agentliyində Bakıda səfərdə olan Özbəkistan Respublikasının nümayəndə heyəti ilə görüş keçirilib
Mənzil İnşaatı Dövlət Agentliyində Bakıda səfərdə olan Özbəkistan Respublikasının nümayəndə heyəti ilə görüş keçirilib 21/02/2019, 16:13
20 fevral 2019-cu il tarixində Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadıqov ölkəmizdə səfərdə olan Özbəkistan Respublikasının Tikinti nazirinin müavini Erkin İskandarov və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb....
Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin nümayəndə heyəti Sinqapur Respublikasına səfər etmişdir
Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin nümayəndə heyəti Sinqapur Respublikasına səfər etmişdir 11/09/2017, 10:28
Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyevin rəhbərlik etdiyi nümayəndə heyəti 3-8 sentyabr 2017-ci il tarixlərində Sinqapur Respublikasına işgüzar səfər etmişdir....
Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi Rusiyada keçirilən beynəlxalq forumda təmsil olundu
Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi Rusiyada keçirilən beynəlxalq forumda təmsil olundu 27/09/2016, 10:23
Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin direktor müavini Comərd Əliyev 24-26 sentyabr 2016-cı il tarixlərində Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən “Çoxtərəfliliyin harmoniyası” adlı beynəlxalq forumda iştirak etmişdir....
Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi Türkiyə təcrübəsini öyrənir
Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi Türkiyə təcrübəsini öyrənir 12/05/2016, 10:14
Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru cənab Samir Nuriyev ilk işgüzar səfərini 09-11 may tarixində Türkiyənin Ankara şəhərinə etmişdir. Səfərin məqsədi qonşu ölkənin sosial mənzillərin tikintisi sahəsində malik olduğu çoxillik təcrübəsini öyrənmək, bu sahədə dövlət siyasətinin formalaşması və icrası mərhələləri ilə yaxından tanış olmaq idi....
Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi

© 2019